Digər
Trampdan Netanyahuya: İranla müharibədə tək qalacaqsınız!
ABŞ Prezidenti Donald Tramp İsrailin “12-ci kanal”ına verdiyi eksklüziv müsahibədə Baş nazir Benyamin Netanyahu ilə son danışıqlarının məzmununu açıqlayıb.
Axar.az xəbər verir ki, Tramp hücumun miqyasını azaltdığını söyləyib.
"Mən Bibiyə dedim ki, son dərəcə diqqətli olmalısınız, əks halda İrana qarşı təkbaşına mübarizə apara bilərsiniz. İsrail təyyarələri artıq İrana gedirdi, amma mən həmin hücumun miqyasını azalda bildim", - Ağ Ev rəhbəri qeyd edib.
Tramp əlavə edib ki, İsrail ABŞ-ı vəziyyətlə bağlı çox gec məlumatlandırıb.
Mənbə
axar.az