Digər

Şimali Kiprdən Fransanın ordu yeritməsinə reaksiya

09 Jun 2026, 00:53 1 baxış
Şimali Kiprdən Fransanın ordu yeritməsinə reaksiya

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Kiprin yunan icması ilə Fransa arasında imzalanan Hərbi Qüvvələrin Statusuna dair Sazişin (SOFA - Status of Forces Agreement) adada status-kvoya və regional balansa xələl gətirdiyini, bu razılaşmanın Aralıq dənizinin şərqində sabitliyə mənfi təsir göstərə biləcəyini bildirib.


Axar.az xəbər verir ki, ŞKTR-nin hökumət başçısı Nikosiya-Paris razılaşmasını “beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olan səhv addım” adlandırıb.


Ü.Üstel Kipr türk xalqının varlığını nəzərə almayan birtərəfli anlaşmaların tarixi, hüquqi və siyasi reallıqlardan uzaq olduğunu vurğulayıb.


“Faktiki olaraq xarici hərbçilərin Kiprdə daimi mövcudluğunu təmin etmək üçün hüquqi çərçivə yaradılır. Bu cür yanaşma regionda sülhə, sabitliyə və təhlükəsizliyə heç bir töhfə verə bilməz. Adamızı əməkdaşlıq və dialoq platformasından uzaqlaşdıran, hərbi rəqabət səhnəsinə çevirən bu kimi yanaşmalar regional gərginliyi artıracaq”,- deyə o vurğulayıb.


Qeyd edək ki, Cənubi Kiprlə əldə edilən hərbi sazişə əsasən, Fransa adaya qoşun yerləşdirəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər