Digər

Liderlərin Paşinyana bu sözləri Kremli dəli etdi

08 Jun 2026, 23:25 2 baxış
Liderlərin Paşinyana bu sözləri Kremli dəli etdi

Xəbər verdiyimiz kimi, Ermənistanda 7 iyunda baş tutan parlament seçkilərində Mülki Müqavilə Partiyasının 48,82% səslə qalib gəlməsindən sonra Avropa liderləri Nikol Paşinyana təbriklər ünvanlamağa başlayıblar.


Axar.az xəbər verir ki, adətən təbriklərə tələsməyən avropalılar Rusiyanın aqressiyası fonunda Paşinyana dəstəklərini ifadə etmək yarışına giriblər.


Ən maraqlısı isə Avropalı liderlərin təbrikdə seçdikləri ifadə tərzi və Rusiyanın açıq-aşkar hədəf göstərmələridir.


Məsələn:


Almaniya kansleri Fridrix Merz yazır: “Baş nazir Nikol Paşinyanı və Ermənistan xalqını təbrik edirəm. Böyük təzyiqlərə baxmayaraq, Ermənistan xalqı açıq şəkildə demokratiya və sülhü seçib”.


Genişlənmə üzrə Avropa komissarı Marta Kos: “Rusiyanın genişmiqyaslı təzyiq və müdaxiləsi qarşısında bu qələbə ermənilərin güclü, suveren və müstəqil Ermənistan seçimini bir daha təsdiqləyir. Mən ən qısa zamanda Ermənistana gələcəyəm. Avropanın Ermənistanla həmrəyliyi sarsılmazdır. Bu gün biz həmçinin tərəfdaşlığımızı dərinləşdirmək üçün yeni AB-Ermənistan işçi qrupu üzərində işə başlayacağıq”.


Latviya Prezidenti Edqars Rinkeviçs: “Ermənistan təhdidlərə və qorxutmalara baxmayaraq, öz demokratik yolunu seçdi. Latviya sizin tərəfinizdə möhkəm dayanır və Ermənistanla Avropa Birliyi arasında daha sıx münasibətləri dəstəkləyir”.


Moldova Prezidenti Maya Sandu: “Kütləvi xarici müdaxiləyə baxmayaraq, keçirilən seçkilərdə qələbəsi münasibətilə Nikol Paşinyanı ürəkdən təbrik edirəm”.


Avropa Parlamentinin prezidenti Roberta Mezzola: “Gəlin AB-Ermənistan münasibətlərini gücləndirmək üçün bu yenilənmiş impulsa əsaslanaraq səyahətimizə davam edək”.


Estoniyanın Baş naziri Kristen Mixal: “Baş nazir Nikol Paşinyan, seçkilərdəki qələbəniz münasibətilə təbrik edirəm. Ermənistan Avropanı seçməyə davam edir və Estoniya sizin Avropa istəklərinizi dəstəkləməkdən qürur duyur. Ölkələrimiz arasında daha da güclü tərəfdaşlıq qurarkən islahatlar aparmaq, yeniliklər etmək və daha təhlükəsiz Avropa yaratmaq üçün birlikdə işləməyi səbirsizliklə gözləyirəm”.

Mənbə axar.az

Oxşar Xəbərlər