Siyasət

Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi

08 Jun 2026, 21:24 3 baxış
Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi

Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib.


Axar.az xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.


Qeyd olunub ki, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivləri, o cümlədən siyasi, iqtisadi, mədəni və təhsil əlaqələrinin inkişafı, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.


Avropada və Cənubi Qafqazda geosiyasi vəziyyətə, habelə Azərbaycanın regional proseslərdəki roluna xüsusi diqqət yetirilib.


Litva tərəfi Azərbaycan və Ermənistan arasında sülh prosesindəki irəliləyişi alqışlayaraq, regionda uzunmüddətli sabitliyə töhfə verəcək sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər