Digər

MİT rəhbəri Qahirədə Qəzza danışıqlarında iştirak etdi

08 Jun 2026, 20:00 2 baxış
MİT rəhbəri Qahirədə Qəzza danışıqlarında iştirak etdi

Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qahirəyə səfər edib. O, Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin icrası istiqamətindəki səylərlə bağlı Fələstin qruplarının və qarant ölkələrin (Misir və Qətər) nümayəndələri ilə danışıqlar aparıb.


Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, Misirin paytaxtında Qəzza zolağı üzrə sülh prosesi, o cümlədən yerlərdə maneələrin aradan qaldırılmasına yönəlmiş “yol xəritəsi” layihəsi müzakirə olunub.


MİT rəhbərinin qatıldığı görüşlərdə əsas diqqət razılaşmaların birinci mərhələsi ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsinə, humanitar yardımların artırılmasına və yerlərdə sakitliyin qorunmasına dair tədbirlərin görülməsinə yetirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər