Siyasət

Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşüblər - FOTO

08 Jun 2026, 19:08 2 baxış
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşüblər - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, nazirlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın mövcud vəziyyəti və perspektivlərini müzakirə ediblər. Tərəflər sıx siyasi dialoqun, güclü iqtisadi əlaqələrin, eləcə də energetika, nəqliyyat və regional infrastruktur sahələrində uğurlu əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Nazirlər həmçinin regional və beynəlxalq gündəlikdə yer alan məsələlər ətrafında fikir mübadiləsi apararaq, Avropa ilə Asiyanı birləşdirən əsas dəhliz kimi Cənubi Qafqazın artan strateji əhəmiyyətini qeyd ediblər. XİN rəhbərləri regional sabitliyə, enerji təhlükəsizliyinə və dayanıqlı iqtisadi inkişafa töhfə verən Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər konnektivlik təşəbbüsləri də daxil olmaqla, birgə layihələrin inkişaf etdirilməsi istiqamətində ortaq mövqelərini bir daha təsdiqləyiblər. Ceyhun Bayramov da "X" hesabında gürcüstanlı həmkarı ilə görüşü barədə paylaşım edib. "Azərbaycan və Gürcüstan arasında möhkəm strateji tərəfdaşlığı, energetika, nəqliyyat və nəqliyyat infrastrukturu sahələrində əməkdaşlığı, eləcə də regional prosesləri müzakirə etdik. Regionumuzun rifahı və sabitliyi naminə birgə layihələrin inkişaf etdirilməsi və əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı sadiqliyimizi bir daha təsdiqlədik", - deyə nazir paylaşımında bildirib.
{{gallery}}
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşüblər - FOTO Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşüblər - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər