Digər
İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
İsrail ABŞ Prezidenti Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı İsrailin yüksək vəzifəli məmuruna istinadla məlumat yayıb.
“Məmur əlavə edib ki, əgər Hizbullahın İsrail şəhərlərinə hücumları davam edərsə, İsrail Beyrutun cənub ətraflarına hücum edəcək", - məlumatda bildirilib.
Qeyd edək ki, ötən gecədən başlayaraq, İran İsrailə hücumları bərpa edib. Səhər saatlarında isə İsrail paytaxt Tehran daxil olmaqla, İranın bir neçə şəhərini vurub.
Artıq İran Silahlı Qüvvələri İsrailə qarşı hərbi əməliyyatlarını başa çatdırdığını açıqlayıb.
Mənbə
axar.az