Siyasət
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən 10-cu toplantısı çərçivəsində baş tutub.
Mənbə
oxu.az