Siyasət

Koşta: Ermənilər Azərbaycanla sülhə səs verdi

08 Jun 2026, 14:55 18 baxış
Koşta: Ermənilər Azərbaycanla sülhə səs verdi

Avropa Şurasının prezidenti Antonio Koşta Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində Mülki Müqaviləsi Partiyasının qələbəsi münasibətilə təbrik edib.


Axar.az xəbər verir ki, o, bu barədə X səhifəsində yazıb.


“Ermənistan xalqı sülhə, sabitliyə və qonşuları ilə daha sıx əməkdaşlığa əsaslanan gələcəyə səs verdi. Nikol Paşinyanı əldə edilən nəticələrə görə təbrik edirəm. Ermənistanın dayanıqlığının, sabitliyinin və rifahının gücləndirilməsindəki rolunuzla fəxr edə bilərsiniz. Ermənistan və AB birlikdə daha güclü insanlararası əlaqələr və enerji, ticarət və rəqəmsallaşma sahələrində yeni imkanlar qurur. Sıx əməkdaşlığımız bütün region üçün daha dinc və firavan gələcəyə qoyulan bir sərmayədir”, - o bildirib.


Qeyd edək ki, Ermənistanda 7 iyunda baş tutan seçkilərdə Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası 49,82% səslə qalib gəlib.

Mənbə axar.az

Oxşar Xəbərlər