Cəmiyyət

Gənclər bu oyunlara ayda 40-70 manat xərcləyir - Deputat

08 Jun 2026, 12:20 14 baxış
Gənclər bu oyunlara ayda 40-70 manat xərcləyir - Deputat

Sosial media asılılığının ailə büdcəsinə də birbaşa təsiri var.


Axar.az Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin üç komitəsinin bugünkü birgə iclasında deyib.


Komitə sədri bildirib ki, gənclər tərəfindən edilən impulsiv alışlar – oyun içi satınalmalar, influencer reklamları ilə yönəldilən istehlak, abunəlik xidmətləri – ailə büdcəsindən xeyli vəsait aparır.


“12-18 yaş qrupundakı gənclərin aylıq ortalama rəqəmsal xərcləri 40-70 manata, yəni orta ailə büdcəsinin 6-12 faizinə bərabərdir.


İnternet texnologiyaları uşaqları sadəcə sosial media vasitəsilə deyil, bir çox başqa yollarla da tələyə sala bilir. Fortnite, Roblox, PUBG kimi oyunlar milyonlarla uşağı hədəf alır. Oyunlarda "loot box" – yəni, şans əsasında mükafat qutusu mexanizmi Belçika, Niderland kimi ölkələr tərəfindən qanunsuz qumar mexanizmi olaraq qəbul edilib”.

Mənbə axar.az

Oxşar Xəbərlər