Kriminal

Zaqatalada dövlət sərhədini pozmağa cəhd edən nigeriyalı saxlanıldı - FOTO

08 Jun 2026, 11:28 14 baxış
Zaqatalada dövlət sərhədini pozmağa cəhd edən nigeriyalı saxlanıldı - FOTO
Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa çalışan Nigeriya Federativ Respublikası vətəndaşı - 1995-ci il təvəllüdlü Olabıyı Kazeem Adısa saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
{{gallery}}
Zaqatalada dövlət sərhədini pozmağa cəhd edən nigeriyalı saxlanıldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər