Siyasət

Paşinyan: "TRIPP-in ratifikasiya prosesi yaxın vaxtlarda başlayacaq"

08 Jun 2026, 11:36 19 baxış
Paşinyan: "TRIPP-in ratifikasiya prosesi yaxın vaxtlarda başlayacaq"
"Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişini imzalamaq niyyətindədir". Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib. "Biz bu istiqamətdə iş aparacağıq", - deyə Ermənistan lideri bildirib. Paşinyan qeyd edib ki, TRIPP-in ratifikasiya prosesi yaxın vaxtlarda başlamalıdır: "Ermənistan dünyanın qovşağına çevrildiyi bir vaxtda bunun, həqiqətən də, vəziyyəti dəyişdirəcək bir layihə olduğunu qəbul etmək vacibdir".
Mənbə oxu.az

Oxşar Xəbərlər