Cəmiyyət

Sərhədimizi pozan Nigeriya vətəndaşı saxlanıldı - Foto

08 Jun 2026, 11:41 16 baxış
Sərhədimizi pozan Nigeriya vətəndaşı saxlanıldı - Foto

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı tutulub.


Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.


Bildirilib ki, Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya Federativ Respublikası vətəndaşı - 1995-ci il təvəllüdlü Olabıyı Kazeem Adısa saxlanılıb.


Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər