Kriminal

Sabunçu rayonunda "KamAZ" piyadanı vurub öldürdü

08 Jun 2026, 10:18 14 baxış
Sabunçu rayonunda "KamAZ" piyadanı vurub öldürdü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 7-də gecə saat 01:35-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Sahil Sətdar oğlu Abbasov idarə etdiyi "KamAZ" markalı avtomobillə Zabrat qəsəbəsində yerləşən marketin qarşısında yolu keçən piyada Nurlan Rafiq oğlu Əhmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər