Kriminal

Bakıda sərnişin avtobusu yarımçıq tikiliyə çırpıldı - ANBAAN VİDEO

08 Jun 2026, 10:59 18 baxış
Bakıda sərnişin avtobusu yarımçıq tikiliyə çırpıldı - ANBAAN VİDEO
Bakıda sərnişin avtobusunun yarımçıq tikiliyə çırpılması ilə bağlı daşıyıcı şirkət açıqlama verib. Oxu.Az-a bildirilib ki, hadisə sürücünün diqqətsizliyi səbəbindən baş verib. Qeyd olunub ki, qəza nəticəsində avtobusa və tikiliyə cüzi ziyan dəyib: "Hadisə zamanı avtobusda sərnişin olmayıb, xəsarət alan yoxdur". Məhərrəm Əliyev Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində 118A nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə iyunun 7-də saat 21:22-də qeydə alınıb. Belə ki, 118A nömrəli marşrut avtobusu geriyə doğru manevr edərkən yol kənarındakı yarımçıq tikiliyə çırpılıb. Hadisə zamanı avtobusun tikilinin konstruksiyasına dəydiyi görünür. Ətraflı videogörüntünü təqdim edirik:
Mənbə oxu.az

Oxşar Xəbərlər