Cəmiyyət

Paşinyan neçə deputat yeri qazandı? – 10 yer itirdi

08 Jun 2026, 10:20 14 baxış
Paşinyan neçə deputat yeri qazandı? – 10 yer itirdi

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanda baş tutan parlament seçkilərinin ilkin nəticələrinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi mülki Müqavilə Partiyası qalib gəlib.


Axar.az xəbər verir ki, hazırkı nəticələrə görə, Ermənistan parlamentində 4 siyasi qüvvə olacaq: Mülki Müqavilə, Güclü Ermənistan, "Ermənistan" bloku və Çiçəklənən Ermənistan.


Mandatlar aşağıdakı kimi paylanacaq:


Mülki Müqavilə - 61 mandat


Güclü Ermənistan - 28 mandat


"Ermənistan" bloku – 11 mandat


Çiçəklənən Ermənistan – 5 mandat.


Qeyd edək ki, 2021-ci il seçkilərində Nikol Paşinyanın partiyası 71 mandat əldə etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər