Kriminal

Ağdaşda su kanalında kişi meyiti tapılıb

07 Jun 2026, 22:24 2 baxış
Ağdaşda su kanalında kişi meyiti tapılıb
Ağdaş rayonunda bədbəxt hadisə baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayonun Dəhnəxəlil kənd sakini, 1963-cü il təvəllüdlü Gündüz Şirəli oğlu Mustafayev kənd ərazisində yerləşən su kanalında ölü vəziyyətdə aşkarlanıb. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər