İdman

Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb

07 Jun 2026, 22:36 1 baxış
Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
İtaliyanın Roma şəhərində keçirilən taekvondo üzrə Qran-pri turnirində Azərbaycan millisinin üzvü Qaşim Maqomedov (58 kq) bürünc medal qazanıb. Bu barədə Oxu.Az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib. Q.Maqomedov medal yolunda italiyalı, yunanıstanlı və çinli rəqiblərini mübarizədən kənarlaşdırıb. Qeyd edək ki, idmançı turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət almışdı. Qran-pri seriyası dünya taekvondosunun ən nüfuzlu yarışlarından biri hesab olunur və burada qazanılan nəticələr idmançılara həm dünya reytinqi, həm də Olimpiya təsnifatı xalları qazandırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər