İdman

Florentino Peres yenidən "Real Madrid"in prezidenti seçildi - VİDEO

07 Jun 2026, 22:38 2 baxış
Florentino Peres yenidən "Real Madrid"in prezidenti seçildi - VİDEO
İspaniyanın "Real Madrid" klubunda prezident seçkisi keçirilib və səsvermənin qalibi hazırkı klub rəhbəri Florentino Peres olub. Oxu.Az xəbər verir ki, seçkidə klub üzvləri iki namizəd - Florentino Peres və iş adamı Enrike Rikelme arasında seçim ediblər. Bu, son 20 ildə "Real Madrid"də iki namizədin iştirak etdiyi ilk prezident seçkisi kimi tarixə düşüb. Səsvermənin nəticələrinə əsasən, Florentino Peres səslərin 66.53 faizini toplayaraq qələbə qazanıb. Qeyd edək ki, Peres 2009-cu ildən bəri keçirilən bütün seçkilərdə "Real Madrid" prezidenti postunu qoruyub saxlayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər