İdman

Tanınmış basketbolçu vəfat edib

07 Jun 2026, 23:00 4 baxış
Tanınmış basketbolçu vəfat edib
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) üçqat çempionu Steysi Kinq 60 yaşında vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə "Çikaqo Bulls" klubunun mətbuat xidməti məlumat yayıb. İdmançının ölüm səbəbi açıqlanmayıb. Steysi Kinq NBA-da karyerası ərzində "Çikaqo Bulls"un heyətində 1991, 1992 və 1993-cü illərdə çempionluq qazanıb. O həmçinin "Minnesota Timberwolves", "Boston Celtics", "Mayami Heat" və "Dallas Mavericks" klublarında çıxış edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər