İdman

Cüdoçularımız Avropa Açıq Turnirini üç medalla başa vurublar

07 Jun 2026, 21:36 3 baxış
Cüdoçularımız Avropa Açıq Turnirini üç medalla başa vurublar
Azərbaycanın cüdo millisi Estoniyanın paytaxtı Tallində keçirilən Avropa Açıq Turnirini 3 medalla başa vurub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Yarışın son günündə Gültac Məmmədəliyeva (52 kq) bürünc medala sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Keytlin Barberi məğlub edib. Xatırladaq ki, turnirin ilk günündə Fidan Əlizadə (63 kq) gümüş, Madina Kaisinova (+78 kq) isə bürünc medal əldə etmişdi.
{{gallery}}
Cüdoçularımız Avropa Açıq Turnirini üç medalla başa vurublar Cüdoçularımız Avropa Açıq Turnirini üç medalla başa vurublar
Mənbə oxu.az

Oxşar Xəbərlər