Kriminal

Ağdaşda su kanalında kişi meyiti tapıldı

07 Jun 2026, 21:36 2 baxış
Ağdaşda su kanalında kişi meyiti tapıldı

Ağdaş rayonunda bədbəxt hadisə baş verib.


Axar.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Dəhnəxəlil kənd sakini, 1963-cü il təvəllüdlü Gündüz Şirəli oğlu Mustafayev kənd ərazisində yerləşən su kanalında ölü vəziyyətdə aşkarlanıb.


İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.


Meyit aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər