İdman

"Formula-1": Monako Qran-prisinin qalibi məlum oldu

07 Jun 2026, 20:54 1 baxış
"Formula-1": Monako Qran-prisinin qalibi məlum oldu
"Formula-1" üzrə 2026-cı il mövsümünün 6-cı mərhələsi - Monako Qran-prisi başa çatıb. Oxu.Az xəbər verir ki, yarışda qələbəni "Mercedes" pilotu Kimi Antonelli qazanıb. O, liderliyini qoruyaraq finişə birinci çatıb və ardıcıl 5-ci qələbəsini əldə edib. İkinci yeri "Ferrari"dən Lyuis Hemilton tutub. O, qalibdən 6.271 saniyə geri qalıb. Üçüncü yerə "Red Bull" pilotu İsak Hadjar sahib çıxıb. Qeyd edək ki, yarışın sonunda nəticələrdə dəyişikliklər olub: Pyer Qasli əvvəlcə üçüncü olsa da, 5 saniyəlik cəza səbəbi ilə 7-ci yerə düşüb. Niko Hülkenberq isə Karlоs Saynsla insidentə görə 10 saniyəlik cəza alıb. Serxio Peres xal zonasına düşsə də, yarışdan sonra stüardlara çağırılıb. Ümumilikdə 7 pilot finiş xəttini görə bilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər