İdman
Ronaldo antirekordunu təkrarladı
Kristiano Ronaldo son iki ildə ilk dəfədir ki, Portuqaliya millisinin heyətində ardıcıl iki oyunda qol vura bilmir.
Axar.az oxu.az-a istinadən xəbər verir ki, iyunun 6-da Portuqaliya yığmasının Çili millisinə qarşı keçirdiyi matçda (2:1) komandanın kapitanı Ronaldo qolsuz seriyasını uzadıb.
Ulduz portuqaliyalı yoldaşlıq oyununda fərqlənə bilməyib, bu isə o deməkdir ki, Ronaldo ardıcıl iki oyunda və son dörd görüşün üçündə qol vura bilməyib.
Xatırladaq ki, Ronaldo daha əvvəl ardıcıl beş matçda rəqib qapılarına yol tapa bilməmişdi - o, bu uğursuz göstəriciyə Avro-2024-də imza atmışdı.
Mənbə
axar.az