İdman
Akrobatika gimnastlarımız Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar
Azərbaycanın qadınlardan ibarət akrobatika gimnastikası üzrə qrup komandası Bakıda keçirilən Dünya Kubokunun qalibi olub. Oxu.Az "Report"a istinadən xəbər verir ki, Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət "üçlük" bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Adıçəkilənlər həmçinin "AGF Trophy" kubokunun qalibi olublar. Qeyd edək ki, iyunun 5-7-də keçirilən Dünya Kuboku Milli Gimnastika Arenasında təşkil olunub.
Mənbə
oxu.az