Cəmiyyət
Binəqədi sakini obyektini təmir etmək üçün icazə ala bilmir: Dövlət komitəsindən REAKSİYA - VİDEO
Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə vətəndaş bildirib ki, 2007-ci ildə paytaxtın Binəqədi rayonu, "DSK yolu" adlanan ərazidə ev və qeyri-yaşayış obyekti alıb. Onun sözlərinə görə, sonradan ərazidə aparılan yol təmir-bərpa işləri səbəbindən obyektə giriş-çıxış mümkün olmayıb. Yolun yenidən qurulmasından sonra isə ev və obyekt yararsız vəziyyətə düşüb. Vətəndaş ərazini öz hesabına təmir etmək istəsə də, aidiyyəti qurumların buna icazə vermədiyini iddia edir.
Şikayətçi bildirib: "Obyekti 2007-ci ildə almışıq, amma 1998-ci ildə tikilib. Bizə əvvəlki sahib tərəfindən satılıb və uzun illər istifadə etmişik. Sonradan "DSK yolu"nda yenidən təmir işləri aparıldı, yolun səviyyəsi qaldırıldı və obyektə giriş mümkün olmadı. Buna görə fəaliyyəti dayandırdıq. Təmir işləri təxminən üç il davam etdi. Sonra obyekti yenidən istifadəyə vermək istəyəndə gördük ki, yolun səviyyəsindən təxminən bir metr aşağıdadır. Öz hesabımıza torpaq gətirib ərazini düzəltmək istədik, lakin buna da icazə verilmədi". Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 9 ünvanında yerləşən qeyri-yaşayış obyektinin dam örtüyünün bərpasına köməklik göstərilməsi ilə bağlı komitəyə 13 dekabr 2025-ci il tarixində daxil olmuş müraciətə aidiyyəti üzrə baxılıb. Qeyd olunub ki, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, çıxarış, texniki pasport, eləcə də həyata keçirilməsi nəzərdə tutulan tikinti-quraşdırma işlərinə dair layihə sənədləri təqdim edildikdən sonra müraciətə şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun şəkildə baxılması mümkün olacaq.

Mənbə
oxu.az