İdman
Nihat Kahveci: "Azərbaycan minifutbolda yüksəlişdədir və qarşılığını alır" - VİDEO
Minifutbol üzrə Azərbaycan millisinin Slovakiyada keçirilən Avropa çempionatının qalibi olması həqiqətən də böyük uğurdur. Oxu.Az xəbər verir ki, bu barədə fikir "Haber Global" telekanalında yayımlanan "Kontra" verilişində səsləndirilib.
Verilişin aparıcısı xatırladıb ki, Azərbaycan millisi artıq ikinci dəfə Avropa çempionu olur və 2025-ci ildə Bakıda təşkil edilmiş dünya çempionatında qızıl medallara sahib çıxıb. Verilişin qonağı olan keçmiş futbolçu Nihat Kahveci Azərbaycanın minifutbolda yüksəlişdə olduğunu və qarşılığını aldığını qeyd edib. O, millimizin uğurunun çox önəmli hadisə olduğunu bildirərək bütün azərbaycanlıları təbrik edib.

Mənbə
oxu.az