İdman

Ronaldu antirekordunu təkrarladı

07 Jun 2026, 12:36 1 baxış
Ronaldu antirekordunu təkrarladı
Kriştianu Ronaldu son iki ildə ilk dəfədir ki, Portuqaliya millisinin heyətində ardıcıl iki oyunda qol vura bilmir. Oxu.Az "Korrespondent" saytına istinadən xəbər verir ki, iyunun 6-da Portuqaliya yığmasının Çili millisinə qarşı keçirdiyi matçda (2:1) komandanın kapitanı Ronaldu qolsuz seriyasını uzadıb. Ulduz portuqaliyalı yoldaşlıq oyununda fərqlənə bilməyib, bu isə o deməkdir ki, Ronaldu ardıcıl iki oyunda və son dörd görüşün üçündə qol vura bilməyib. Xatırladaq ki, Ronaldu daha əvvəl ardıcıl beş matçda rəqib qapılarına yol tapa bilməmişdi - o, bu uğursuz göstəriciyə Avro-2024-də imza atmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər