İdman
Yana Rudkovskaya oğlu Plyuşenkonun Azərbaycan yığmasına keçməsindən danışıb - FOTO
Məşhur rusiyalı prodüser, fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun həyat yoldaşı Yana Rudkovskaya oğulları - fiqurlu konkisürən Aleksandr Plyuşenkonun Azərbaycan pasportuna sahib olduğunu təsdiqləyib. Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb. "Saşa Plyuşenko idman vətəndaşlığı olaraq beşillik Azərbaycan pasportu alıb. Niyə beşillik? Çünki beş il başa çatdıqda, Saşa Plyuşenko yeniyetmələrdən böyüklər kateqoriyasına keçir. Bu, 2031-ci ildə baş tutacaq. Saşa Plyuşenko 2030-cu il Olimpiadasına düşmür, o hələ kiçikdir", - deyə Rudkovskaya bildirib. Xatırladaq ki, mayın 21-də mediada Aleksandr Plyuşenkonun idman vətəndaşlığını dəyişməsi barədə məlumatlar yayılıb. Fiqurlu konkisürən beş il ərzində Azərbaycanı təmsil edəcək.
Mənbə
oxu.az