İdman

NHL-də 72 illik rekord qırıldı - VİDEO

07 Jun 2026, 10:48 3 baxış
NHL-də 72 illik rekord qırıldı - VİDEO
Amerika Milli Hokkey Liqasında (NHL) "Veqas Qolden Nayts" və "Karolina Harrikeynz" klubları arasında keçirilmiş Stenli Kubokunun final seriyasının üçüncü oyununda "qasırğalar"ın hokkeyçiləri tarixi nailiyyətə imza atmağı bacarıblar. Oxu.Az sovsport.ru-ya istinadən xəbər verir ki, qonaq komandanın oyunçuları Cordan Martinuk, Teylor Holl və Cordan Staal üçüncü hissədə 39 saniyə ərzində hərəyə bir şayba vurublar.
Final seriyasında üç şaybanın ən qısa zamannda vurulması rekordu 56 saniyə idi və bu rekord 1954-cü ildə "Monreal Kanadiens" hokkeyçiləri tərəfindən müəyyən edilmişdi. Pley-off mərhələsində ən tez vurulan üç şayba seriyasını isə 1979-cu ildə "Toronto Meypl Lifs"in oyunçuları rəsmiləşdiriblər - onlar Stenli Kubokunun ilk raundunda "Atlanta Treşers"in qapısına cəmi 23 saniyə ərzində üç şayba vurublar. "Veqas Qolden Nayts" əlavə vaxtda "Karolina Harrikeynz"ə 5:4 hesabı ilə qalib gələrək seriyada önə keçib (2-1).
Mənbə oxu.az

Oxşar Xəbərlər