Kriminal
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq...
Naxçıvan şəhərində yeddi yaşlı uşaq su kanalında boğularaq ölüb.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Qaraxanbəyli kəndi ərazisində baş verib.
Belə ki, 2019-cu il təvəllüdlü Q.E. kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb. O, sudan çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az