İdman

"Sabah" "Lill"in oyunçusunu transfer edir

07 Jun 2026, 01:32 2 baxış
"Sabah" "Lill"in oyunçusunu transfer edir

Azərbaycan çempionu "Sabah" növbəti transferini reallaşdırmaq üzrədir.


Axar.az APA-ya istinadən xəbər verir ki, klub Yunis Laşaabla tam razılıq əldə edib.


Tərəflər yaxın günlərdə rəsmi müqavilə imzalayacaqlar. Futbolçunun transferi üçün "Lill" klubuna təzminat da ödəniləcək. Məbləğ hələlik bəlli deyil.


Sol cinah vingerinin Avstriya toplanışında "Sabah"a qoşulması gözlənilir.


Qeyd edək ki, Laşaab son mövsümü "Lill"in əvəzedici komandasında keçirib.

Mənbə axar.az

Oxşar Xəbərlər