İdman

Azərbaycanın U-21 millisi yoldaşlıq görüşündə Bəhreyni məğlub edib

06 Jun 2026, 20:36 3 baxış
Azərbaycanın U-21 millisi yoldaşlıq görüşündə Bəhreyni məğlub edib
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq matçında qüvvəsini sınayıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə qarşılaşıb. Görüş Azərbaycanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu oyun iyunun 9-da baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər