İdman
Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar - FOTO
Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turnirində Azərbaycan millisi ilk yarış gününü 2 medalla başa vurub. Oxu.Az xəbər verir ki, Fidan Əlizadə (63 kq) gümüş medal qazanıb, Madina Kaisinova (+78 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Sabah daha 5 qadın cüdoçumuz mübarizəyə qoşulacaq.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az