İdman
Millimiz böyük hesabla qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib.
Axar.az xəbər verir ki, Rəşad Eyyubovun komandası Bəhreynin U-20 millisi ilə qarşılaşıb.
İsparta şəhərindəki “SAV” stadionunda keçirilən görüş millimizin 3-0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-21 millisi növbəti yoldaşlıq matçını iyunun 9-da Qırğızıstan yığmasına qarşı keçirəcək.
Mənbə
axar.az