Siyasət
Ermənistan üçün tarixi şans: Sülh, yoxsa revanşizm? - Bakının mövqeyi
"Ermənistanda parlament seçkisi ərəfəsində maraqlı tendensiya müşahidə olundu. Ölkənin sosial-iqtisadi problemləri, demoqrafik vəziyyəti, miqrasiya, işsizlik və digər daxili məsələlərdən daha çox Azərbaycanla bağlı mövzular müzakirə olundu". Bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
O bildirib ki, debatlarda, mitinqlərdə və siyasi çıxışlarda Ermənistanın gələcəyi müzakirə olunarkən Azərbaycanın adı mütəmadi olaraq çəkildi, Prezident İlham Əliyevin mövqeyi və siyasəti ətrafında çıxışlar üstünlük təşkil etdi: "Bu isə regionda yaranmış yeni siyasi reallığın ən aydın göstəricilərindən biridir. Əslində, bunun səbəbi sadədir. Bu gün Cənubi Qafqazın siyasi gündəliyini müəyyən edən əsas ölkə Azərbaycandır. Regionda həyata keçirilən istənilən layihə, təhlükəsizlik təşəbbüsü və ya siyasi proses Azərbaycanın maraqları nəzərə alınmadan uğur qazana bilmir. Ermənistanda parlament seçkisində belə Azərbaycanın bu qədər müzakirə olunması da məhz bu reallığın etirafıdır. Azərbaycanın seçki ilə bağlı gözləntisi Ermənistanın daxili siyasi proseslərinə müdaxilə etmək deyil. Ermənistan xalqı seçimi özü etməlidir. Lakin bu, sadəcə yeni hökumət formalaşdırılması deyil, burada söhbət həm də Ermənistanın gələcək kursundan gedir. Regionun əsas gündəliyi sülhdür. Sülh prosesinin təşəbbüskarı və arxitektoru kimi çıxış edən tərəf Azərbaycandır. Ermənistan seçicisi faktiki olaraq iki fərqli yol arasında seçim edir: bir tərəfdə regionda əməkdaşlıq, sabitlik və sülh perspektivi dayanır, digər tərəfdə isə müharibə ritorikası, revanşist çağırışlar və keçmişə qayıdış cəhdləri mövcuddur". V.İskəndərovun sözlərinə görə, əgər Ermənistan həqiqətən sülh istədiyini iddia edirsə, bunu yalnız bəyanatlarla deyil, seçkidə nümayiş etdirməlidir: "Əks halda, yenidən hansısa xarici mərkəzlərin alətinə çevrilmək və yeni qarşıdurma gündəmini dəstəkləmək Ermənistan cəmiyyətinin öz seçimi olacaq. Seçki kampaniyasının gedişində Qarabağ mövzusunun yenidən əsas siyasi alətlərdən birinə çevrilməsi diqqətdən yayınmır. Müxtəlif revanşçı qruplar və siyasi dairələr bu mövzunu yenidən gündəmə gətirməyə çalışırlar. Paralel olaraq xaricdə də oxşar proseslər müşahidə olunur. Keçmiş separatçı dairələrin müxtəlif Avropa ölkələrində aktivləşməsi, Avropa Parlamentində qəbul edilən sənədlər, Rusiyada təşkil olunan simvolik tədbirlər və digər təşəbbüslər göstərir ki, Qarabağ mövzusu bəzi dairələr tərəfindən yenidən siyasi alətə çevrilmək istənilir. Maraqlı məqam ondan ibarətdir ki, Qarabağ məsələsində bəzən Qərbdəki müəyyən siyasi dairələrin, Rusiyadakı bəzi qüvvələrin və Ermənistan daxilindəki revanş xülyalı qrupların ritorikası üst-üstə düşür. Məqsədlər fərqli olsa da, ortaya çıxan nəticə eynidir - regionda bağlanmış hesab olunan mövzunu yenidən gündəmə qaytarmaq". Onun bildirdiyinə görə, Azərbaycan üçün əsas məsələ Ermənistanın daxili siyasi düzəni deyil: "Azərbaycanın gözləntisi sadədir - Ermənistanda ölkəmizə qarşı hər hansı ərazi iddiası hüquqi sənədlərdən çıxarılmalıdır. Bunun ən etibarlı yolu isə yeni konstitusion dəyişikliklərdir. Ermənistan seçicisi bu seçkidə yalnız parlament formalaşdırmır, eyni zamanda ölkəsinin gələcəkdə sülh və ya qarşıdurma kursunu müəyyən edir. Bu seçki erməni xalqının əbədi sülhə, yoxsa əbədi münaqişəyə üstünlük verdiyini göstərəcək. Sülh prosesinin səmimiliyini göstərən əsas addımlardan biri də özünü müxtəlif adlarla təqdim edən qondarma "Qarabağ nümayəndəlikləri", "təmsilçilikləri" və oxşar strukturların tamamilə ləğv edilməsidir. Bu məsələ yalnız Ermənistan daxilindəki strukturlarla məhdudlaşmamalıdır. Əgər Ermənistan rəhbərliyi həqiqətən münaqişə səhifəsinin bağlandığını bəyan edirsə, Fransa, ABŞ, Rusiya və digər ölkələrdə fəaliyyət göstərən analoji qurumların da fəaliyyətinin dayandırılmasına nail olmalıdır. Bir tərəfdən sülhdən danışıb, digər tərəfdən müxtəlif ölkələrdə keçmiş separatçı layihənin siyasi atributlarını qorumağa çalışmaq bir-birinə zidd yanaşmalardır. Bu səbəbdən seçkidən sonra gözlənilən əsas addımlardan biri məhz həmin strukturların birdəfəlik ləğvidir". Parlamentari əlavə edib ki, Qərb institutları uzun illərdir müxtəlif ölkələrə demokratiya və seçki standartları barədə dərs keçməyə çalışırlar: "Lakin Ermənistan seçki fonunda ortaya çıxan mənzərə fərqli suallar yaradır. Seçki kampaniyası dövründə inzibati resurslardan istifadə, namizədlərə təzyiqlər, partiya funksionerlərinin həbsi, seçicilərə müxtəlif təsir mexanizmlərinin tətbiqi ilə bağlı çoxsaylı ittihamlar səslənir. Regionlarda səslərin pulla alınması barədə məlumatlar yayılır. İddialara görə, bu üsullardan müxtəlif siyasi düşərgələr istifadə edirlər. Fərq yalnız maliyyənin mənbəyindədir - bir tərəf üçün vəsaitlərin Qərbdən, digər tərəfə isə Rusiyadan gəldiyi iddia olunur. Eyni zamanda həm Qərbin, həm də Rusiyanın seçki prosesinə təsir göstərməyə çalışdığı barədə müzakirələr aparılır. Bir yandan açıq siyasi dəstək nümayiş etdirilir, digər istiqamətdən müxtəlif təsir mexanizmləri işə salınır. Ermənistan hakimiyyətinə qarşı isə inzibati təzyiqlər və digər metodlardan istifadə ittihamları səslənir. Lakin bütün bunlara baxmayaraq, seçkini müşahidə etməli olan beynəlxalq qurumlar əksər hallarda bu proseslərə münasibətdə səssiz qalırlar. Bu isə demokratiya və seçki standartlarının universal yox, siyasi maraqlardan asılı şəkildə tətbiq olunduğu barədə fikirləri gücləndirir". Deputat qeyd edib ki, bu seçki yalnız siyasi debatlarla deyil, həm də qeyri-adi və bəzən absurd görüntülərlə yadda qalıb: "Kampaniya dövründə siyasətçilərin davranışları, sosial şəbəkələr üçün hazırladıqları performanslar, küçə şouları və populist aksiyalar seçki mübarizəsini bir çox hallarda ciddi siyasi prosesdən çox tamaşaya çevirib. Bir namizəd meqafonla küçələrdə gəzir, digəri sosial şəbəkələr üçün nümayişkaranə videolar çəkir, başqa biri turnikdə güc nümayiş etdirir, müxtəlif aksiyalarda isə siyasi müzakirələrdən daha çox şou elementləri diqqət çəkir. Bəzi görüntülər isə ümumiyyətlə heç bir şərh tələb etmir. Ermənistanda keçiriləcək seçki təkcə hakimiyyət uğrunda mübarizə deyil. Bu seçki ölkənin gələcək strateji kursunun müəyyənləşəcəyi siyasi mərhələdir. Ermənistan cəmiyyəti qarşısında duran əsas seçim isə sadədir: sülh və əməkdaşlıq yolu, yoxsa revanşizm və keçmişə qayıdış cəhdləri. Veriləcək qərar yalnız Ermənistanın deyil, bütövlükdə regionun gələcək siyasi atmosferini müəyyən edəcək".

Mənbə
oxu.az
Oxşar Xəbərlər