Siyasət

31-ci Bakı Enerji Forumundan maraqlı görüntülər - VİDEO

06 Jun 2026, 01:24 1 baxış
31-ci Bakı Enerji Forumundan maraqlı görüntülər - VİDEO
1-2 iyun 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində baş tutan 31-ci Bakı Enerji Forumundan maraqlı görüntülər lentə alınıb. AzTV-yə istinadən xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev enerji sektorunun aparıcı şirkətlərinin stendləri ilə tanış olub. Dövlət başçısına layihələrin icrası, xüsusilə "Abşeron" yatağı və enerji keçidi ilə bağlı yeniliklər barədə ətraflı məlumat verilib.

Forumun maraqlı məqamlarından biri məşhur türkiyəli futbolçu Mesut Özilin də qonaqlar arasında yer alması olub. Energetika nazirinin dəvəti ilə tədbirə qatılan Mesut Özil təəssüratlarını bölüşüb: "İlk dəfədir belə bir tədbirə qatılıram. Çox səmərəli görüşlər və razılaşmalar oldu. Burada olduğum üçün çox xoşbəxtəm və bu, qürurverici bir haldır". Tədbirdə iştirak edən "TotalEnergies" şirkətinin nümayəndəsi Emmanuel de Gilylebon da çıxış edərək, "Abşeron" yatağının tam işlənilməsi layihəsinin əhəmiyyətindən danışıb. O bildirib ki, layihənin yeni mərhələsi üzrə işlər davam etdirilir və bu ilin sonuna qədər yeni investisiyaların yatırılması planlaşdırılır.
Mənbə oxu.az