Dünya
Tramp saatların çəkilməsinin ləğv olunmasını təklif edib
ABŞ Prezidenti Donald Tramp saatların ildə iki dəfə dəyişdirilməsi praktikasının ləğvini və yay vaxtının daimi saxlanılmasını təklif edib. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tramp respublikaçı qanunvericilərə müraciət edərək saatların dəyişdirilməsi sisteminin aradan qaldırılmasını və daimi yay vaxtına keçilməsini istəyib. Bildirilir ki, bu təşəbbüsün əsas məqsədi saat dəyişiminin yaratdığı sağlamlıq problemlərini və iqtisadi pozuntuları aradan qaldırmaqdır. Mənbələrin sözlərinə görə, daimi yay vaxtı gün işığının daha uzun davam etməsinə imkan verəcək və Tramp bu ideyanı fəal şəkildə dəstəkləyir. O, hətta respublikaçı qanunvericilərlə şəxsən əlaqə saxlayaraq təşəbbüsün irəlilədilməsinə çalışıb. Qeyd olunur ki, həm respublikaçılar, həm də demokratlar uzun illərdir bu sistemi dəyişməyə çalışsalar da, qanunvericilər arasında razılıq əldə olunmayıb.
Mənbə
oxu.az