Cəmiyyət
Sürücüləri bezdirən yol: "Beş metr məsafəni keçmək üçün üç saat tıxacda qalıram" - VİDEO
Bir qrup vətəndaş Baku TV-nin qaynar xəttinə müraciət edərək Binəqədi şosesi ərazisində yolun bərbad vəziyyətə düşdüyünü bildirib.
Onların sözlərinə görə, ərazidə bir müddət əvvəl kanalizasiya xəttində aparılan təmir-bərpa işlərindən sonra yol əvvəlki vəziyyətinə qaytarılmayıb. Paytaxtda yağan intensiv yağışlardan sonra isə yolda çuxurlar əmələ gəlib. Bildirilir ki, bu vəziyyət nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradır, avtomobillərin tez-tez zədələnməsinə səbəb olur və ərazidə tıxacların yaranmasına gətirib çıxarır. "Bu vəziyyətdə maşın sürmək olmur, avtomobillərimiz dağılır", "Bu yolu aylarla qazdılar, sürücülər tıxacda qalırdı. İndi də belə vəziyyət yaranıb", - deyə sürücülər narazılıqlarını dilə gətiriblər.

Mənbə
oxu.az