Cəmiyyət

AQTA Gəncədə yoxlama apardı, istehlaka yararsız məhsullar aşkarlandı - FOTO

05 Jun 2026, 18:40 1 baxış
AQTA Gəncədə yoxlama apardı, istehlaka yararsız məhsullar aşkarlandı - FOTO
Gəncə şəhəri, Poçt qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Həsən Nizami oğlu Hüseynova məxsus marketdə yoxlama keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, baxış zamanı satışda "N1 Organik", "Premium" əmtəə nişanlı saxta alkoqollu içkilər və istifadə müddəti bitmiş qida məhsulları müəyyən edilib. İçkilərin orijinaldan fərqli miqdarda doldurulduğu, istehsalçı barədə məlumatların düzgün qeyd edilmədiyi, müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Marketdə qida məhsullarının saxlanma şəraitinə riayət edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. Sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. Alkoqollu içkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
{{gallery}}
AQTA Gəncədə yoxlama apardı, istehlaka yararsız məhsullar aşkarlandı - FOTO AQTA Gəncədə yoxlama apardı, istehlaka yararsız məhsullar aşkarlandı - FOTO AQTA Gəncədə yoxlama apardı, istehlaka yararsız məhsullar aşkarlandı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər