Cəmiyyət

İllərdir yolsuzluqdan əziyyət çəkən cəlilabadlılar: "Bizi öləndə haradan aparacaqlar?" - VİDEO

05 Jun 2026, 19:00 1 baxış
İllərdir yolsuzluqdan əziyyət çəkən cəlilabadlılar: "Bizi öləndə haradan aparacaqlar?" - VİDEO
Cəlilabad rayonunun Ocaqlı kənd sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək illərdir problemlə üzləşdiklərini bildiriblər.
Onların sözlərinə görə, kənddaxili yolların əksər hissəsi bərbad vəziyyətdədir. Vətəndaşlar deyirlər ki, yağışlı-qarlı havalarda yollar keçilməz olur. Bu isə həm nəqliyyatın hərəkətini çətinləşdirir, həm də insanların gündəlik həyatına ciddi təsir göstərir. "Övladlarım Bakıda yaşayır. Gəlməyə yol tapmırlar. Mən öləndə haradan aparacaqlar? Nəvələrim məktəbə gedə bilmirlər. Yolun vəziyyətinə görə təcili yardım da gəlmir. Biz insan deyilik?! Mənim balalarım yaşamamalıdırlar?!" - deyə şikayətçi Firiqə Sadıqova narazılığını bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər