Cəmiyyət

ADY 5 ayda sərnişin daşınmasını kəskin artıdı

05 Jun 2026, 18:40 2 baxış
ADY 5 ayda sərnişin daşınmasını kəskin artıdı

Bu ilin yanvar-may aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə ümumilikdə 4 milyon 513 min 747 sərnişin daşınıb.


Axar.az ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% çoxdur.


Qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu ilə 4,3 milyona yaxın (+16%), rayonlararası marşrutlarla isə təxminən 240 min sərnişin (+21%) səfər edib.


Eyni zamanda, ADY ilə səfər etmiş xarici turistlərin sayı 11 000 nəfəri ötüb və ötən ilin eyni dövründən 6% çox olub.

Mənbə axar.az

Oxşar Xəbərlər