Siyasət

NEWS.ru: Rusiya Xarici İşlər Nazirliyi azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verib

05 Jun 2026, 15:44 1 baxış
NEWS.ru: Rusiya Xarici İşlər Nazirliyi azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verib
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində azərbaycanlı dənizçilərin faciəvi şəkildə həyatını itirməsi ilə əlaqədar başsağlığı verib. Bu barədə Oxu.Az NEWS.ru nəşrinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, insan itkisi hər zaman böyük bir faciədir. "Həlak olan azərbaycanlı dənizçilərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı vermək istəyirəm. Ölüm hər zaman faciə, hər zaman böyük dərddir", - deyə diplomat vurğulayıb. Xatırladaq ki, bundan əvvəl Azov dənizində "Natra" və "Sirkon" adlı iki yük gəmisinə PUA-ların hücumu nəticəsində beş Azərbaycan vətəndaşının öldüyü bildirilmişdi. Həmin gəmilər Türkiyədən Rostov-Don şəhərinə doğru hərəkət edirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər