Dünya
Türkiyədə 200 milyard lirəlik mərc oyunları fırıldaqçılığı: 24 bölgədə genişmiqyaslı əməliyyat keçirildi - VİDEO
Türkiyədə Anadolu Respublika Baş Prokurorluğunun koordinasiyası altında aparılan istintaq çərçivəsində İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları qanunsuz mərc oyunları və çirkli pulların yuyulması şəbəkəsini hədəf alan genişmiqyaslı əməliyyat keçirib. Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir. Maliyyə Cinayətləri İstintaq Şurası (MASAK) tərəfindən hazırlanan hesabatlarda cinayətkar təşkilatın şübhəli İ.Ö.Ö. tərəfindən koordinasiya edildiyi, nəticəsi əvvəlcədən razılaşdırılmış yarışlar, qanuni və qeyri-qanuni mərc fəaliyyətlərindən gəlir əldə etdiyi müəyyən olunub.
Məlum olub ki, əldə edilən gəlirlər kriptovalyuta pulqabıları üzərindən transfer edilib və istifadəçilərinin kimliyi bilinməyən müxtəlif pulqabılara köçürülüb. Araşdırmalar nəticəsində cinayətkar şəbəkədə, həmçinin valyuta mübadiləsi məntəqələri və zərgərlik sektorlarında fəaliyyət göstərən bəzi şəxslərin də yer aldığı aşkar edilib. Hakimiyyət orqanları təşkilat tərəfindən həyata keçirilən maliyyə əməliyyatlarının ümumi həcminin təxminən 192 milyard lirəyə (7 milyard manatdan çox) çatdığını açıqlayıb. Əldə edilən məlumatlara əsaslanaraq, iyunun 5-də İstanbul mərkəzli 24 bölgədə eyni zamanda əməliyyat keçirilib. Əməliyyat zamanı 80 şübhəli saxlanılıb və nəzarət altına alınıb. İstintaq çərçivəsində şübhəlilərə məxsus 11 şirkət, 45 nəqliyyat vasitəsi, 16 yaşayış yeri və 11 tarla və torpaq sahəsi daxil olmaqla, ümumi dəyəri təxminən 350 milyon lirə olan 83 daşınar və daşınmaz əmlak müsadirə edilib. Həmçinin şübhəlilərin bank hesabları və kriptovalyuta hesabları bloklanıb. Səlahiyyətlilər əməliyyat çərçivəsində başladılan məhkəmə və maliyyə araşdırmalarının davam etdiyini bildirib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər