Dünya

ABŞ hökuməti "Apple"ı Çin istehasalı yaddaş çiplərindən imtina etməyə çağırıb

15 Aug 2026, 17:08 4 baxış
ABŞ hökuməti "Apple"ı Çin istehasalı yaddaş çiplərindən imtina etməyə çağırıb
ABŞ Prezidenti Donald Trampın Administrasiyası "Apple" korporasiyasına Çin istehsalı olan yaddaş çiplərini əldə etməməklə bağlı çağırış edib. Oxu.Az-ın məlumatına görə, bu barədə nüfuzlu "The Wall Street Journal" (WSJ) nəşri xəbər yayıb. Məlumata görə, yaddaş çipləri sahəsində yaranmış qıtlıq səbəbindən korporasiya Çin təchizatçıları ilə əməkdaşlıq variantlarını nəzərdən keçirmək məcburiyyətində qalıb. Lakin ABŞ-nin Ticarət naziri Hovard Latnik qeyd edib ki, Tramp Administrasiyası belə bir əməkdaşlığı dəstəkləmir. H.Latnik məsələ ilə bağlı bildirib: "Yaddaş mikrosxemləri ilə əlaqədar problemin aradan qaldırılması üçün ABŞ-nin iri şirkətlərinin Çin məhsullarını almasından başqa alternativ yollar da var". Qeyd edək ki, "The Wall Street Journal" nəşri hələ iyulun sonunda "Apple" və Amerikanın yaddaş çipləri istehsalçısı "Micron Technology" arasındakı fikir ayrılığının Tramp hökuməti üçün çətinlik yaratdığını yazmışdı. Məsələ ondadır ki, "Apple" xarici bazarlara çıxaracağı qurğularda Çin istehsalı çiplərdən yararlanmaq üçün icazə almaq istəyir. Digər tərəfdən isə, "Micron" şirkəti bu addımın ABŞ-nin yarımkeçirici sektoruna gətirə biləcəyi risklərlə bağlı xəbərdarlıq edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər