Dünya
Kuba liderindən ABŞ-yə cavab: "Havana mübarizə aparmağa hazırdır"
"ABŞ-nin Kuba rəhbərliyinə və bir sıra təşkilatlara qarşı tətbiq etdiyi yeni sanksiyalar blokadanın sərtləşdirilməsinə və Vaşinqtonla Havana arasındakı münasibətlərin daha da gərginləşməsinə yönəlib". Oxu.Az xəbər verir ki, bunu iyunun 5-də Kuba Prezidenti Miqel Dias-Kanel "X" hesabında bəyan edib. "ABŞ prezidenti Kubanın ünvanına yeni hədələyici bəyanatlar səsləndirib; Maliyyə Nazirliyi isə qanunsuz sanksiyalar siyahısına Kuba liderlərinin, təşkilatlarının və şirkətlərinin adlarını daxil edib", - paylaşımda qeyd olunub. Prezidentin sözlərinə görə, Birləşmiş Ştatların bu addımları Kubaya qarşı təzyiqi artırır və ölkə əhalisinə zərər vurur. Eyni zamanda, Kuba rəsmiləri Vaşinqtonun siyasətinin daha da sərtləşməsinə qarşı mübarizə aparmağa hazır olduqlarını bildirirlər. Qeyd edək ki, iyunun 4-də Tramp ABŞ-nin Kubada dövlət quruluşunu dəyişdirməyi qarşısına məqsəd qoyduğunu bəyan edib. Birləşmiş Ştatların Maliyyə Nazirliyi iyunun 5-də Kubanın sabiq lideri Raul Kastronun qohumlarına, o cümlədən onun oğluna, nəvəsinə və daha iki şəxsə qarşı sanksiya tətbiq edildiyini açıqlayıb.
Mənbə
oxu.az