Dünya
Rusiyanın ən böyük dondurma şirkəti bağlanır
Rusiyanın ən iri dondurma istehsalçılarından olan "Russkiy xolod" şirkətinin səhmdarları biznesin ləğv edilməsi barədə qərar qəbul ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. Bağlanma prosesi holdinqə daxil olan bütün müəssisələri əhatə edəcək. Məlumata görə, ləğvetmə qərarını qrupun ticarət və istehsal aktivlərinin sahibləri - "TD Russkiy xolod" SC, "Altayxolod" MMC və "Laquna Koyl" MMC verib. Ləğvetmə komissiyası 18 ay ərzində bütün zəruri tədbirləri həyata keçirməlidir. Nəşr aydınlaşdırır ki, bu vəziyyətin yaranmasına səbəb nəhəng borc yüküdür: holdinqin dörd hüquqi şəxsinin ümumi öhdəlikləri 12,5 milyard rublu (təxminən 290 milyon manat) ötüb. Məhz bu səbəbdən mayın 1-dən etibarən məhsul tədarükü dayandırılıb və daxili audit yoxlamalarına başlanılıb. Bu fonda Altay diyarı rəhbərliyinə istehsalatın bağlanması və avqustun 8-dən 170-dən çox işçinin ixtisara düşəcəyi barədə bildiriş göndərilib. Ödəniş qabiliyyətinin olmaması səbəbindən "Fordewind" investisiya-maliyyə qrupu ("Fordevind" MFK MMC) "Russkiy xolod"un müflis elan edilməsi üçün məhkəməyə müraciət etməyə hazırlaşır. Eyni zamanda, məqalədə qeyd olunur ki, "A1" investisiya qrupu biznesi borcları ilə birlikdə 1,5 milyard rubla (təxminən 35 milyon manat) almağa hazır olduğunu bəyan edib.
Mənbə
oxu.az