Dünya

Everestdə möcüzə: Bələdçi su, qida və oksigen ehtiyatı olmadan altı gün keçirdi - FOTO

05 Jun 2026, 04:00 2 baxış
Everestdə möcüzə: Bələdçi su, qida və oksigen ehtiyatı olmadan altı gün keçirdi - FOTO
Everest dağında bələdçi işləyən şəxs su, qida və oksigen ehtiyatı olmadan keçirdiyi altı gündən sonra sağ-salamat tapılıb. Oxu.Az bu barədə "The Himalayan Times" nəşrinə istinadən xəbər verir. Mayın 29-da 52 yaşlı Dava Şerpa adlı bələdçi polşalı alpinisti Everestdən eniş zamanı müşayiət edib. Lakin alpinistin donvurma xəsarəti alması səbəbindən zirvəyə yürüş yarımçıq qalıb. Naməlum səbəbdən bələdçi "Sarı zolaq" adlanan qayalıq ərazinin yaxınlığında tək qalıb. Alpinistlər sonda düşərgələrinə çatsalar da, Şerpa ora gedib çıxa bilməyib. Bələdçinin çalışdığı "Himalayan Traverse" şirkəti onun axtarışı üçün xilasetmə dəstələri göndərməyib. Yalnız iyunun 3-də başqa bir firma helikopterlə axtarış uçuşu təşkil etsə də, bu, heç bir nəticə verməyib. Nəticədə Şerpa təkbaşına enişə başlayıb. İyunun 4-də Everestdə təmizlik işləri aparan komanda bələdçini aşkar edib: onlar yerlə sürünən Şerpanı görərək dərhal köməyə gəliblər. Helikopter tamamilə taqətdən düşmüş və donvurma xəsarətləri almış şəxsi Katmandudakı xəstəxanaya çatdırıb. Xilasetmə zamanı o, çətinliklə danışa bilib. Ehtimal olunur ki, bələdçi təkbaşına təxminən 3 kilometr məsafəni qət edib.
{{gallery}}
Everestdə möcüzə: Bələdçi su, qida və oksigen ehtiyatı olmadan altı gün keçirdi - FOTO Everestdə möcüzə: Bələdçi su, qida və oksigen ehtiyatı olmadan altı gün keçirdi - FOTO Everestdə möcüzə: Bələdçi su, qida və oksigen ehtiyatı olmadan altı gün keçirdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər