Dünya

Merilin Monronun şəxsi əşyaları hərracda fantastik qiymətə satıldı - FOTO

05 Jun 2026, 02:12 3 baxış
Merilin Monronun şəxsi əşyaları hərracda fantastik qiymətə satıldı - FOTO
Merilin Monronun şəxsi əşyaları hərracda 2/5 milyon dollardan baha qiymətə satılıb. "Page Six" nəşrinə istinadən xəbər verir ki, ABŞ-də məşhur aktrisa Merilin Monronun şəxsi əşyaları hərrac vasitəsilə satılıb. Auksionda ulduzun geyimləri, qab-qacağı, məktubları və zinət əşyaları ümumilikdə 2.5 milyon dollardan artıq qiymətə alıcı tapıb. Hərracın ən bahalı lotu "Christian Dior" markalı kostyum olub. Bu geyim üçün təxminən 450 min dollar ödənilib. Bundan əlavə, auksionda dramaturq Artur Millerin Merilin Monroya ünvanladığı şəxsi məktub 62 min dollara satılıb. Ticarət zamanı aktrisanın qolbağı, "Faberge" saatı və boz rəngli kaşmir kardiqanı da yeni sahiblərini tapıb. Kino ulduzunun şəxsi telefon kitabçası isə 75 min dollara satılıb.
{{gallery}}
Merilin Monronun şəxsi əşyaları hərracda fantastik qiymətə satıldı - FOTO Merilin Monronun şəxsi əşyaları hərracda fantastik qiymətə satıldı - FOTO Merilin Monronun şəxsi əşyaları hərracda fantastik qiymətə satıldı - FOTO Merilin Monronun şəxsi əşyaları hərracda fantastik qiymətə satıldı - FOTO Merilin Monronun şəxsi əşyaları hərracda fantastik qiymətə satıldı - FOTO Merilin Monronun şəxsi əşyaları hərracda fantastik qiymətə satıldı - FOTO Merilin Monronun şəxsi əşyaları hərracda fantastik qiymətə satıldı - FOTO Merilin Monronun şəxsi əşyaları hərracda fantastik qiymətə satıldı - FOTO
Mənbə oxu.az