Dünya
Paşinyan: "Ermənistan KTMT-yə qayıtmayacaq"
Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətinə geri qayıtmayacağını bəyan edib. Oxu.Az bu barədə "İnterfax" agentliyinə istinadən xəbər verir. "Qərar qəbul edəcəyik və çıxacağıq. Mən geriyə qayıtmayacağımızı demişdim", - deyə Paşinyan Ermənistan İctimai Televiziyasının efirində keçirilən seçkiqabağı teledebatlarda müxalifət partiyasının nümayəndəsinin müvafiq sualına cavab verərkən bildirib.
Mənbə
oxu.az